Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Hazırda oxunan: Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib
127913
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə görüşüb. 
Sahib Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlara, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir. 

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ölkəmizlə faydalı əməkdaşlığı vurğulayıb, əlaqələrin inkişafı üçün qurumun səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. 

Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə aparılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO