Rusiyanın üç regionuna dron hücumu: Neft anbarı yanır - VİDEO

Hazırda oxunan: Rusiyanın üç regionuna dron hücumu: Neft anbarı yanır - VİDEO

182160

Rusiyanın üç regionuna dron hücumu olub.

Bizim.Media xəbər verir ki, bu barədə Oryol, Kursk və Belqorod regionlarının qubernatorları teleqramda bildiriblər.

Qeyd olunub ki, martın 12-də Rusiyanın Oryol şəhərində neft bazasında güclü yanğın olub. Sosial şəbəkədə olayla bağlı şəkillər və videolar paylaşılır.

Sözügedən regionun qubernatoru Andrey Klıçkova görə, şəhərə pilotsuz uçan aparat düşüb. Kursk vilayətinə də dron hücumu olsa da, fəsadlar barədə hələlik bilgi verilməyib. Regionun qubernatoru Roman Starovoyt ikisi təyyarə tipli olan üç dronun səmada vurulduğunu açıqlayıb.
Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regiona dörd partlayıcı maddənin atıldığını söyləyib. Onun sözlərinə görə, dronların atışları elektrik xətlərini zədələyib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO