Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO

Hazırda oxunan: Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO
613093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb. 

Bizim.Media xəbər verir ki, festival Cıdır düzündə keçirilir.

Bu il də festivala yerli incəsənət nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrdən musiqi kollektivləri və ifaçılar qatılıb.

Festival çərçivəsində Şuşanın müxtəlif məkanlarında konsert proqramları, sənədli film nümayişi və digər mədəni tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, festival mayın 15-də də davam edəcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. 2024-cü ildə isə festival Şuşa ilə yanaşı, Laçın şəhərini də əhatə edib. 


Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO - foto 1
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO - foto 2
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı– FOTO - VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO