- A-
- A
- A+
Maraqlı
12:15 / 24.06.2014
3 dəq oxunma
İosif Kobzon İslam Kərimova minnətçi düşdü...
Hazırda oxunan: İosif Kobzon İslam Kərimova minnətçi düşdü...
48659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın oğlu kiçik İslam Kərimov rus telekanalına müshibə verərək anası ətrafında baş verən olaylara aydınlıq gətirib.
Nəvə İslam Kərimov bildirib ki, anası ilə prezident İslam Kərimov arasındakı münasibətlərdən kimlərsə çox gözəl manipulyasiya edirlər. O deyib ki, bir neçə il bundan öncə onu və anası Gülnarəni kimlər tərəfindənsə öldürmək istəyiblər və bu məqsədlə onları zəhərləyiblər. Onun fəsadlarının aradan qalrılması üçün Gülnarə Kərimova indiyədək müalicə olunur.
Islam Kərimov müsahibəsində bildirib ki, onun telekanaldakı müsahibəsindən sonra Özbəkistanın prezidenti olan babası İslam Kərimov yaranmış durumdan nəticə çıxaracaq və ciddi tədbirlər görəcək. Nəvə Kərimov deyib ki, onu anası Gülnarə və 15 yaşlı bacısı İmanla mütəmadi görüşüə imkan verilmir və onların görüşləri məhdudlaşdırılıb. Anasının ev dustaqlığına aydınlıq gətirən İslam bildirib ki, ev dustaqlığı ilə bağlı rəsmi qərar olmasa da bunu detalları barədə heç nə deyə bilmərəm. Çünki mənim onlarla əlaqəm çox məhududdur və orada nə baş verdiyindən məlumatsızam.
O babası prezident Kərimovla münasibətlərinə toxunaraq bildirib ki, kiçik yaşlarında çox gözəl münasibətləri olub, hətta anası ilə atası boşandıqdan sonra babası Kərimov soyadını daşımağa ona icazə verib. Amma son dövrlərdə münasibətin o qədər də isti olmadığını deyən nəvə Kərimov bildirib ki, hər il ad gününü onunla bir yerdə keçrimişəm. Ancaq keçən ilə dekabrın 22-də 22 yaşımda onunla görüşmək istəyərkən məni onun yanına buraxmadılar və bildirdilər ki, bu barədə göstəriş var. Bu kimin göstərişi idi deyə bilmərəm. Hesab edirəm ki. anamla atam arasında ciddi aravuranlar var və onlar ən kiçik detallardan belə istifadə edərək onlar arasındakı münasibətləri daha da kəskinləşdirməyə çalışırlar. Bunlar ailəmizlə düşmənçilik edirlər.
Anasının və özünün zəhərlənməsinə də aydınlıq gətirən Kərimov deyib ki, babam bundan xəbərdar oldu və ciddi narahatçılıq keçirdi. Anam daha ciddi zəhərlənmişdi. Çünki hədəf o di. Mənim zəhərlənmə dozam isə az idi və ona görə də tez sağaldım.
Anasının iqtisadi imperiyası haqqında danışan Kərimov deyib ki, ona bağlı şirkətlər bağlandıqdan sonra 100-lə insan həbs edilib və mindən çox insan ümumiyyətlə yoxa çıxıb. Bunun arxasında müəyyən qüvvələr var və bu qüvvələr heç də kiçik məqam tutmayan insanlardır. Ona görə ki, 2015-ci iləd Özbəkistanda seçkilər olacaq və hansı qüvvələrsə bu işdə maraqlıdırlar.
Nənəsi ilə münasibətlərə aydınlıq gətirən Kərimov münasibətlərinin elə də yaxşı olmadığını deyib.
Özünün Londonda Oksford Universitetində oxuduğunu deyən Kərimov anasının ona hədiyyə etdiyi müəyyən miqdarda pulla yaşadığını bildirib.
Qeyd edək ki, telekanala müsahibədə məhşur müğənni İosif Kobzon da iştirak edib və Özbəkistan prezideni İslam Kərimovdan Gülnarənin və 15 yaşlı İmanın ev dustaqlığından azad edilməsini və müalicə üçün xaricə getməyə icazə verilməsini xahiş edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































