Hüseyn Dəryanın oğlu MƏZUN OLDU – VİDEO 

Hüseyn Dəryanın oğlu MƏZUN OLDU – VİDEO 

Hazırda oxunan: Hüseyn Dəryanın oğlu MƏZUN OLDU – VİDEO 
197277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir məzun olub. 

Bizim.Media xəbər verir ki, bu haqda rejissor Kənan Mahmudov sosial şəbəkə hesabında məlumat yayıb.

Dəryanın övladının məzun tədbirində iştirak edən Mahmudov həmin anları lentə alaraq izləyiciləri ilə bölüşüb. Kənan paylaşımına “Yolun açıq olsun, ürəyim” şərhini yazaraq Cahangirin “Instagram” səhifəsini işarələyib. 

Qeyd edək ki, Kənan Mahmudov mərhum repçi Hüseyn Dəryanın ən yaxın dostlarından olub. 

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpıb.
Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO