Mal əti bahalaşdı - VİDEO

Mal əti bahalaşdı - VİDEO

Hazırda oxunan: Mal əti bahalaşdı - VİDEO

629543

İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti 1 manat artaraq 17 manatdan 18 manata yüksəlib.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, qəssabların sözlərinə görə bahalaşma satışa da ciddi təsir göstərib.

Alıcılar da qiymət artımını təsdiq edirlər. Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsir edir.

Ət satanlar bildirirlər ki, qiymət artımı fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır. Qəssabların sözlərinə görə, diri heyvanların daha yüksək qiymətə alınması pərakəndə satış qiymətinə də təsir edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO