Azərbaycan koronavirusla mübarizə üçün 350 milyon dollar KREDİT ALDI

Azərbaycan koronavirusla mübarizə üçün 350 milyon dollar KREDİT ALDI

Hazırda oxunan: Azərbaycan koronavirusla mübarizə üçün 350 milyon dollar KREDİT ALDI
45458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "COVID-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə kredit ayrılmasına dair müqavilələr imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

AİB və AİİB-in birgə maliyyələşdirmə mexanizmi əsasında razılıq verilmiş ümumilikdə 350 milyon ABŞ dolları məbləğində olan kredit sazişlərini Azərbaycan Hökuməti adından maliyyə nazir Samir Şərifov, AİB adından Azərbaycan üzrə ölkə direktoru Kandis Makdegan, AİİB adından isə Bankın Baş direktoru Supi Teravanintorn imzalayıb.

Kredit Sazişlərinin şərtlərinə əsasən Proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kreditlərin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

Sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO