Azərbaycanın qeyri-neft ixracı ARTIB

Azərbaycanın qeyri-neft ixracı ARTIB

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı ARTIB
154106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Bizim.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 14,6 % artıb.

Hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 %, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4 % artıb.

Səkkiz ayda aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 % artaraq 593,9 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 % artaraq 132,6 milyon ABŞ dolları dəyərində olub.

Cari ilin avqust ayında 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO