
- A-
- A
- A+
Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM
Cari ilin beş ayı ərzində Azərbaycanla Türkiyə arasında həyata keçirilən ticarət dövriyyəsinin ümumi dəyəri 3 milyard 570 milyon 298.06 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni 1 milyard 116 milyon 951,71 dollar və ya 31,28 faiz çoxdur.
Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il bu göstərici 2 milyard 453 milyon 346.35 min manat olub.
Cari dövrdə bu gəlirin 2 milyard 605 milyon 934.45 min dolları ixracın, 1 milyard 003 milyon 660.32 min dolları isə idxalın üzərinə düşüb.
Ötənilki maliyyə dəyəri isə ixrac üzrə 1 milyard 601 milyon 468.68 min dollar, idxal üzrə isə 851 milyon 877.67 min dollar təşkil edib. Hesablamalar göstərir ki, bir il əzində ixracda 1 milyard 004 milyon 465,77 min dollarlıq və ya 38,55 faizlik, idxalda isə 151 milyon 782,65 min dollarlıq və ya 15,13 faizlik artım baş verib.
Rövşən Ziya, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































