Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

Hazırda oxunan: Azərbaycan qırıcıları havaya qaldırıldı – VİDEO

623523

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra aviasiya vasitələrinə baxış keçirilib.

Sonra təlim-məşq planına əsasən, "JF-17C" (Block-III), "Su-25ML", "Su-25" və "L-39" tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.
 

Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər.


Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO