Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Hazırda oxunan: Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

622010

Yunanıstanın israrla öz adına çıxarmağa çalışdığı paxlava üçün Türkiyə və Azərbaycan rəsmi şəkildə hərəkətə keçib. Hər iki qardaş ölkə ortaq bir dosya hazırlayaraq bu qədim şirniyyatın aidiyyəti ilə bağlı illərdir davam edən mübahisələrə son qoymaq məqsədilə UNESCO-ya müraciət edib.

Bizim.Media xəbər verir ki, Türkiyə tərəfi paxlavanı xüsusi bir strategiya ilə qeydiyyatdan keçirməyə hazırlaşır.
 

Azərbaycan ilə birlikdə hazırlanan dosya vasitəsilə, bu ləzzətin "bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na "baklava" və "pakhlava" adları ilə daxil edilməsi üçün rəsmi müraciət artıq ünvanlanıb.


Məsələ ilə bağlı yekun qərar cari ilin 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syaomin (Xiamen) şəhərində keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin 21-ci iclasında veriləcək. Mütəxəssislər və rəsmilər paxlavanın Türkiyə və Azərbaycan adına qeydiyyata alınması ehtimalını olduqca yüksək qiymətləndirirlər. Bu qərarın qəbul edilməsi ilə Yunanıstanın bu ləzzəti mənimsəmək cəhdlərinin qarşısı birdəfəlik alınacaq və paxlavanın qlobal mədəni irsdəki yeri möhkəmlənəcək.

Kökü Osmanlı sarayına dayanır

Paxlavanın mənşəyi ilə bağlı müxtəlif fərziyyələr olsa da, əksər tarixçilər bu şirniyyatın indiki formasına məhz Osmanlı saray mətbəxində qovuşduğunu qeyd edirlər.

Sultan Fateh Səlim dövründən bəri saray dəftərlərində adı keçən paxlava, xüsusi dövlət mərasimlərinin baş tacı olub. Hətta Ramazan aylarında saraydan Yeniçəri ocağına paxlava göndərilməsi ilə bağlı "paxlava alayı" ənənəsi mövcud idi.
 

Hazırda bu şirniyyat növü dedikdə ilk olaraq Türkiyənin Qaziantep şəhəri ağıla gəlir. Qaziantep paxlavası hələ 2013-cü ildə Avropa İttifaqı tərəfindən Coğrafi İşarə (PGI) alaraq Aİ-də qeydiyyata alınan ilk Türk məhsulu ünvanını qazanmışdı.


Yunanıstan isə Bizans İmparatorluğu və Ege adaları dövründə bal, qoz və nazik xəmirlə hazırlanan bənzər şirniyyatların olduğunu iddia edərək paxlavanı "Greek baklava" və ya "Greek pastry" adları ilə öz restoran menyularında təqdim etməyə davam edir. Azərbaycan və Türkiyənin bu ortaq addımı isə milli mətbəx mədəniyyətinin qorunması yolunda mühüm qələbə vəhdəti kimi qiymətləndirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO