Azərbaycandan tranzit keçən növbəti yük qatarı Ermənistana yola salındı – VİDEO

Azərbaycandan tranzit keçən növbəti yük qatarı Ermənistana yola salındı – VİDEO

Hazırda oxunan: Azərbaycandan tranzit keçən növbəti yük qatarı Ermənistana yola salındı – VİDEO

616539

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 138 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur.

İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO