Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – VİDEO

Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – VİDEO

Hazırda oxunan: Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq – VİDEO

611995

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra layihələrin icrası həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
 

Bildirilib ki, layihə çərçivəsində Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur.


Həmçinin qeyd edilib ki, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır.

Nəticədə növbəti illərdə dayanacaqların sayı 22-yə, 2030-cu ilədək isə ümumilikdə 40-a çatdırılacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO