Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Hazırda oxunan: Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

611352

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb.

Bizim.Media xəbər verir ki, Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.

Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik qaydaları çatdırılıb.
 

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə yetirilib.


Təlimin sonunda toplanış müddətində fərqlənənlər həvəsləndiriliblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO