
- A-
- A
- A+
Vaksin olunanların SON SAYI AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 092 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 312 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 649 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 053, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 220, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 229 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 079 nəfər təşkil edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































