
- A-
- A
- A+
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksin vurduranların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 362 nəfərdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər öldü - GÜNLÜK STATİSTİKA
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksin vurduranların sayı 3 021 324, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 025 təşkil edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































