Kubalı tibb heyəti Azərbaycana gəlib

Kubalı tibb heyəti Azərbaycana gəlib

Hazırda oxunan: Kubalı tibb heyəti Azərbaycana gəlib
2127
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koronavirusla mübarizədə iştirak edəcək 120 nəfərdən ibarət kubalı tibb mütəxəssisləri xüsusi reyslə noyabrın 6-da ölkəmizə gəliblər. Heyət üç ay müddətində Azərbaycanda olacaq. 

Bizim.Media TƏBİB-in verdiyi məlumata istinadən bildirir ki, onlar  yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər.

Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar. 

TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər.

Kubanın İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO