Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirib- FOTO

Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirib- FOTO

Hazırda oxunan: Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirib- FOTO
95570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçdə fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin qarşısında piket keçirib.

Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Stokholmun Minttorget (Mynttorget) meydanında baş tutan aksiya zamanı soydaşlarımız Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata və ölkəmizə qarşı aparılan təcavüzkar siyasətə etiraz ediblər. 

Azərbaycannın və İsveçin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!”, “Etmənistan, regionda təxribatçı olma, hərbi təxribatlarını dayandır!” və sair şüarlar səsləndirilib.
Ölkəmizin ərazilərində Ermənistan tərəfindən minaların basdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı narahatlıq bildirilib. 

Soydaşlarımız İsveç siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO