Ünvanı tapa bilməyən kuryer qadını huşunu itirənədək döydü - Foto

Ünvanı tapa bilməyən kuryer qadını huşunu itirənədək döydü - Foto

Hazırda oxunan: Ünvanı tapa bilməyən kuryer qadını huşunu itirənədək döydü - Foto
650235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə onlayn mağazadan verdiyi sifarişi təhvil almaq üçün binanın aşağısına düşən qadın ünvan üstündə mübahisə etdiyi kuryerin hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, zərərçəkənin qızının sözlərinə görə, ünvanı tapa bilməyən kuryer anasına 6–7 dəfə zəng vurub, sonuncu danışığında isə onu təhqir edərək dəstəyi asıb.

Daha sonra bağlamaları binanın arxa qapısına qoyduğunu deyərək qadını aşağı çağırıb.
 

Təhlükəsizlik kamerasına düşən kadrlarda kuryerin sifarişi götürməyə düşən qadına yumruqla zərbə endirdiyi, onun yerə yıxıldığı və hücum edən şəxsin heç nə olmamış kimi ərazidən uzaqlaşdığı əks olunub.


Zərbələr nəticəsində huşunu itirən qadının burnu və dişinin sındığı bildirilib. Zərərçəkən üçün tibbi ekspertiza rəyi alınıb və kuryer barəsində hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edilib.

Ünvanı tapa bilməyən kuryer qadını huşunu itirənədək döydü - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO