Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video

Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video

Hazırda oxunan: Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video
650233
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniyanın paytaxtı Tiranada ölkənin müstəqilliyinin 114-cü ildönümündə minlərlə insan küçələrə çıxaraq Baş nazir Edi Ramanın istefasını tələb edib.

Bizim.Media xəbər verir ki, Skanderbeq meydanında başlayan dinc yürüş bəzi etirazçı qrupların hökumət binalarına daş və "Molotov kokteyli" atmasından sonra şiddətli toqquşmalara çevrilib.

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
 

Albaniya Səhiyyə Nazirliyinin yenilənmiş məlumatına görə, qarşıdurmalar zamanı aralarında 20 polis əməkdaşı, 15 etirazçı, 6 jurnalist və 1 deputat olmaqla ümumilikdə 47 nəfər xəsarət alıb.


Qeyd edək ki, ölkədə aylardır davam edən "Flaminqo hərəkatı"nın əsasını ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin investisiya şirkəti ilə əlaqələndirilən sahilyanı elit turizm layihəsinə etirazlar, həmçinin bahalaşma, işsizlik və korrupsiya iddiaları təşkil edir.



Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video - foto 1
Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO