Rusiyadan Zaporojyeyə kütləvi HÜCUM: Ölənlər var – VİDEO

Rusiyadan Zaporojyeyə kütləvi HÜCUM: Ölənlər var – VİDEO

Hazırda oxunan: Rusiyadan Zaporojyeyə kütləvi HÜCUM: Ölənlər var – VİDEO

630442

Zaporojye vilayəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bəri ən ağır sutkalardan birini yaşayıb - Rusiyanın irimiqyaslı zərbələri nəticəsində altı nəfər həlak olub, 52 nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 58 yaşayış məntəqəsinə ümumilikdə 938 zərbə endirib.

Qeyd olunub ki, Rusiya qoşunları Zaporojyevə digər yaşayış məntəqələrinə 23 aviasiya zərbəsi endirib.

Həmçinin yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 341 məlumat daxil olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO