Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Hazırda oxunan: Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

629589

Rusiya ordusu Ukraynanın Sumı şəhərinə növbəti dəfə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, işğalçı qüvvələr cəmi 8 dəqiqə ərzində şəhərə 8 idarəolunan aviasiya bombası (KAB) atıb.

Zərbələr nəticəsində azı 13 nəfər xəsarət alıb. Hücum zamanı şəhərin şimal və mərkəzi hissələri hədəfə alınıb.

Məlumata görə, bir ticarət mərkəzi, 5 mağaza, 10 çoxmənzilli binanın şüşələri, 3 fərdi yaşayış evi və 5 minik avtomobili zədələnib.

Bundan başqa, Rusiyanın gecə hücumları Ukraynanın daha üç bölgəsində də itkilərə səbəb olub.

Belə ki, Xarkov vilayətinin Balakliya şəhərində iki zərbə nəticəsində iki qadın və bir kişi olmaqla 3 nəfər həlak olub.

Xerson yaxınlığındakı Komışanı qəsəbəsində isə Rusiya dronu tarlaya gedən işçiləri daşıyan avtobusu vurub. Hücum nəticəsində 6 nəfər yaralanıb.

Zaporojyedə gecə saatlarında dron hücumu nəticəsində yaralananların sayı isə 2 nəfərə çatıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO