ABŞ ordusu gecə saatlarında İrana qarşı yeni zərbələr endirib və 90 hədəfə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un açıqlamasında deyilir: "CENTCOM qüvvələri İrana qarşı əlavə bir hücum həyata keçirib və məqsəd Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətməkdir. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib".
Komandanlıq hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron saxlama yerlərini və hərbi logistika infrastruktur obyektlərini göstərib.
Partlayışlar İranın Bəndər Abbas, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Buşehr əyalətinin bəzi yerlərində qeydə alınıb.
Bundan əlavə, ABŞ hərbi qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox qayığa hücum edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:18 / 09.07.2026
Müharibə yenidən BAŞLADI – ABŞ İran hədəflərini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Müharibə yenidən BAŞLADI – ABŞ İran hədəflərini belə məhv etdi – ANBAAN VİDEO
Hazırda oxunan: Müharibə yenidən BAŞLADI – ABŞ İran hədəflərini belə məhv etdi – ANBAAN VİDEO
624156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































