Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadı" zavoduna zərbələr endirib.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Məlumata görə, "Titan-Barrikadı" zavodu "İskəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.
Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.
"Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur", - o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:17 / 27.06.2026
Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO
Hazırda oxunan: Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO
Hazırda oxunan: Ukrayna Rusiyanın "Titan-Barrikadı" zavodunu vurdu - VİDEO
621808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































