"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Hazırda oxunan: "İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti
620668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran nümayəndə heyəti İsveçrənin Bürgenştok kurortunda keçirilən dördtərəfli sammitin məkanını tərk etməyib və müzakirələr davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin "Axios" nəşrinin tanınmış analitik və jurnalisti Barak Ravid özünün rəsmi "X" hesabında paylaşıb.
 

"İranlılar getməyiblər, onlarla ABŞ arasında danışıqlar davam edir", — deyə Ravid sammitdə iştirak edən yüksək rütbəli diplomatik mənbəsinə istinadən yazıb.


Qeyd edək ki, bir qədər əvvəl bəzi İran mətbuatı orqanları Tehrandan gələn nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın son təhdid dolu bəyanatlarına etiraz olaraq İsveçrədəki danışıqlar masasını qəfildən tərk etdiyini iddia etmişdi. Lakin Qərb və vasitəçi ölkələrin mənbələri bu məlumatı təkzib edirlər.

Xatırladaq ki, iyunun 21-də İsveçrədə ABŞ, İran, Pakistan və Qətərin iştirakı ilə dəniz blokadasının qaldırılması və dondurulmuş aktivlər üzrə qarşılıqlı memorandumun icrası məqsədilə yüksək səviyyəli tarixi sammit işə başlayıb. Tərəflər arasında yaranan informasiya ziddiyyətləri kuluarlarda diplomatik gərginliyin hələ də yüksək olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO