İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi

Hazırda oxunan: İran Rusiya və Çinlə ABŞ-la gözlənilən sülh sazişini müzakirə etdi
619198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran, Rusiya və Çin səfirləri Tehranda keçirilən görüşdə Vaşinqtonla imzalanması planlaşdırılan anlaşma memorandumunu müzakirə ediblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.

Nazir müavininin sözlərinə görə, üç ölkənin diplomatik nümayəndələri ABŞ və İran arasında əldə olunacaq sülh və qarşılıqlı anlaşma razılaşmasının detallarını, eləcə də regiondakı strateji təsirlərini ətraflı şəkildə nəzərdən keçiriblər.

Qeyd olunub ki, Tehran bu mərhələdə özünün əsas müttəfiqləri olan Moskva və Pekinlə sıx məsləhətləşmələr aparmağa və ortaq maraqları qorumağa xüsusi önəm verir.

Xatırladaq ki, bundan əvvəl ABŞ və İran arasında əldə olunan yeni diplomatik yaxınlaşma İsrail tərəfindən kəskin etirazla qarşılanmış və Tel-Əviv bu sazişi "xəyanət" adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO