Xəbər verdiyimiz kimi, Fransa Rusiyanın "kölgə donanması"na aid olan və oradan hərəkət edən "Tagor" neft tankerini Atlantik okeanında saxlayıb. Gəminin kapitanı artıq həbs edilib.
Bizim.Media xəbər verir ki, "France 24" telekanalının məlumatına görə, onu bir ilə qədər həbs cəzası və 150 min avro məbləğində cərimə gözləyir.
Fransa Prezidenti Emmanuel Makron tankerin saxlanılması barədə rəsmi açıqlama verib.
O bildirib ki, hərbi dəniz qüvvələrinin keçirdiyi bu əməliyyat açıq dənizdə, Fransanın bir sıra müttəfiqlərinin, xüsusən də Böyük Britaniyanın dəstəyi ilə reallaşdırılıb.
Makronun sözlərinə görə, Rusiya neftini daşıyan tankerin saxlanılması "dəniz hüququna tam uyğun şəkildə" həyata keçirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:28 / 04.06.2026
Fransa Rusiya tankerinin kapitanını həbs etdi – VİDEO
Hazırda oxunan: Fransa Rusiya tankerinin kapitanını həbs etdi – VİDEO
Hazırda oxunan: Fransa Rusiya tankerinin kapitanını həbs etdi – VİDEO
617110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































