İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Hazırda oxunan: İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

610060

İsrail ordusu Livanın cənubunda bir neçə rayonda “Hizbullah”a məxsus hərbi infrastruktura zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə endirilən hədəflər arasında atışa hazır vəziyyətdə olan raket qurğuları, silah anbarları və “Hizbullah” döyüşçülərinin istifadə etdiyi hərbi binalar olub.

İsrail ordusunun məlumatına görə, həmin obyektlərdən İsrail hərbçilərinə və ölkə ərazisinə qarşı hücum marşrutlarının hazırlanması üçün istifadə edilirdi.
 

Bundan başqa, İsrail hərbçiləri ərazidə qüvvələrə qarşı atəş hazırlığı görən üç “Hizbullah” üzvünü aşkarlayıblar. Onların yeri müəyyən edildikdən dərhal sonra İsrail Hərbi Hava Qüvvələri zərbə endirib və həmin şəxslərin zərərsizləşdirildiyi bildirilib.


Açıqlamada qeyd olunur ki, ötən gün bir neçə insident zamanı “Hizbullah” Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinə doğru bir neçə PUA buraxıb. Dronlar İsrail qüvvələrinin yaxınlığında partlayıb.

Hadisə nəticəsində bir İsrail hərbçisinin yüngül xəsarət aldığı bildirilir.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq İsrail vətəndaşlarına və orduya qarşı təhdidlərə qarşı fəaliyyətini davam etdirəcək”, - deyə İsrail ordusunun açıqlamasında qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO