ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Hazırda oxunan: ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

609210

Fevralın 28-də ABŞ silahlı qüvvələri konkret hədəfləri olan «Epik Qəzəb» (Epic Fury) əməliyyatına başlayıb:

«İranın hücum raketlərini məhv etmək, raket istehsalını sıradan çıxarmaq, İran hərbi dəniz donanmasını və digər infrastrukturunu məhv etmək» və İranın «heç vaxt nüvə silahına sahib olmayacağını» təmin etmək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin analizində deyilir.

“Epik Qəzəb” İranla davam edən beynəlxalq silahlı münaqişənin yalnız son mərhələsidir. Birləşmiş Ştatların dəfələrlə izah etdiyi kimi, onlar bu münaqişədə İsrail müttəfiqinin xahişi ilə və kollektiv özünümüdafiə məqsədilə, həmçinin “öz ayrılmaz özünümüdafiə hüququnun” həyata keçirilməsi çərçivəsində iştirak edirlər.

Tənqidçilər iddia edirlər ki, ABŞ-ın hərbi əməliyyatları BMT Nizamnaməsini pozur. Əslində, ABŞ güc tətbiqi və özünümüdafiə ilə bağlı beynəlxalq hüququn tanınmış normaları çərçivəsində hərəkət edir.

Bu hüquqi qiymətləndirmə İranın onilliklər ərzindəki zərərli təcavüzünü, xüsusən də İranın uzun illər ərzində ABŞ-a, İsrailə və regiondakı digər ölkələrə qarşı hücumlarını nümayiş etdirən dəlillərə əsaslanır ki, bu da 28 fevralda ABŞ-ın hərbi əməliyyatından əvvəl baş verən və bu günə qədər davam edən beynəlxalq silahlı münaqişəyə səbəb olub", - deyə hesabatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO