Netanyahudan iranlılara MÜRACİƏT: “Biz müharibə istəmirik” – VİDEO

Netanyahudan iranlılara MÜRACİƏT: “Biz müharibə istəmirik” – VİDEO

Hazırda oxunan: Netanyahudan iranlılara MÜRACİƏT: “Biz müharibə istəmirik” – VİDEO
220437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xəyallarınızın sönməsinə imkan verməyin”

Bizim.Media xəbər verir ki, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib.
 

“Xamenei rejimini İsraildən daha çox qorxudan bir şey var: Siz, İran xalqı. Xəyallarınızın sönməsinə imkan verməyin. Xamenei rejimi hər gün zəifləyir, İsrail isə güclənir - indiyə qədər dünya gücümüzün yalnız bir hissəsini görüb”, - deyə İsrail lideri bildirib:


Netanyahu qeyd edib ki, İsrailə növbəti hücum İran iqtisadiyyatına böyük ziyan vuracaq:
“Bu hücum sizdən daha milyardlarla dollar talan edəcək. Bilirəm ki, çoxunuz bu müharibəni istəmirsiniz. Mən də bu müharibəni istəmirəm. İsrail xalqı bu müharibəni istəmir.

İran hakimiyyəti dövlətimizi məhv etmək istədiyi kimi sizin də gələcəyinizi məhv etmək istəyir.

Şübhə etmirəm ki, bir gün azad İranda israillilər və iranlılar birlikdə firavan və dinc gələcək quracaqlar. Bu, İsrailin layiq olduğu gələcəkdir. Bu, İranın layiq olduğu gələcəkdir. Gəlin bu gözəl arzumuzu birlikdə həyata keçirək”.

Qeyd edək ki, İsrailin oktyabrın sonlarında İrana zərbələr endirməsindən sonra Tehran rəsmiləri cavab tədbirlərinin görüləcəyini elan edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO