Ukrayna ordusu Rusiyanın 7 bölgəsini atəşə tutdu - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın 7 bölgəsini atəşə tutdu - VİDEO

182993

Rusiyanın Belqorod səhəri Ukrayna tərəfindən atəşə tutulub. Nəticədə 16 yaşlı qız ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı vilayətin qubernatoru Vyaçeslav Qladkov yayıb.

Onun sözlərinə görə, mərmi qızın yaşadığı fərdi yaşayış evinə düşüb.

Qeyd edək ki, səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Rusiyanın regionlarına Ukraynanın iri pilotsuz təyyarələrinin hücum etdiyini açıqlayıb:

“Gecə ərzində 35 PUA və bir S-200 raketi, həmçinin doqquz RM-70 Vampire raketi və 3 Uraqan reaktiv raketi məhv edilib.

Növbətçi hava hücumundan müdafiə sistemləri Moskva (4 PUA), Belqorod (3 PUA), Kaluqa (2 PUA), Oryol (1 PUA), Rostov (1 PUA), Yaroslavl (4 PUA) və  Krasnodar diyarı (17 PUA) ərazilərində 35 PUA-nı məhv edib”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO