Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

642034

Sosial mediada son dövrlər təhsillə bağlı qruplarda valideyn və tələbələrin xaricə köçürülmə ilə bağlı suallarına şahid oluruq. Vətəndaşlar Azərbaycanda hansısa bir universitetdə oxuyan tələbənin ölkə xaricindəki universitetlərdən birinə köçürülmə ala bilərmi suallarını ünvanlayırlar.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələbələrin yerdəyişməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)" qaydası ilə tənzimlənir.

Qeyd olunub ki, bu Qaydalar Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbələrin yerdəyişməsi məsələlərini əhatə edir.
 

"Azərbaycanda təhsil alan tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə köçürülməsi məsələsi isə həmin Qaydalarla tənzimlənmir".


Nəticə etibarilə, Azerbaycanda təhsil alan şəxslər hansısa xarici universitetə köçürmə ala bilməzlər.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO