“Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT - VİDEO

“Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT - VİDEO

Hazırda oxunan: “Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT - VİDEO
638490
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bazar Store” mağazalar şəbəkəsindən uşaq qidası alan vətəndaş mağazada son istifadə tarixi keçmiş məhsulun satılması ilə bağlı sosial şəbəkələrdə şikayət yayıb.

Bizim.Media xəbər verir ki, vətəndaşın iddiasına görə, Binəqədi şossesi üzərində yerləşən “Bazar Store” mağazasından uşaq üçün qida məhsulu alıb.

Evə gəldikdən sonra isə məhsulun son istifadə tarixinin keçdiyini müəyyən edib.

Söhbət uşaq qidasından getdiyi üçün belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışda olması ilə bağlı ciddi suallar yaranır. Bu hal mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə həyata keçirildiyi məsələsini də gündəmə gətirir.

Vətəndaş məsələnin araşdırılmasını, məhsulun son istifadə tarixi keçmiş halda niyə satışda olduğunu izah etməyi və məsul şəxslər barəsində tədbir görülməsini tələb edib.

Məsələ ilə bağlı “Bazar Store” mağazalar şəbəkəsinə sorğu ünvanlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə sorğumuza cavab olaraq bildirildi ki, məsələ nəzarətə götürülüb və hazırda araşdırılır. Qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


“Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT - VİDEO - foto 1
“Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT - VİDEO - foto 2

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO