Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Hazırda oxunan: Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

628850

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığı boyu milli-mənəvi dəyərlərin təbliği və tərənnümünə xidmət edib.

 

"Nəriman Həsənzadənin poeziyasının əsas qayəsini vətənpərvərlik və humanizm təşkil edir. Onun şerləri, poemaları və dram əsərləri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O, şair olmaqla yanaşı, uzun illər ölkənin ədəbi və ictimai mühitində xüsusi rol oynayıb. Azərbaycan mədəniyyəti və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib", – deyə nazir müavini vurğulayıb.

 

S. Yusifova çıxışının sonunda mədəniyyət naziri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO