Kəlbəcərdə həlak olan hərbi qulluqçumuz Yardımlıda dəfn olundu - VİDEO

Kəlbəcərdə həlak olan hərbi qulluqçumuz Yardımlıda dəfn olundu - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə həlak olan hərbi qulluqçumuz Yardımlıda dəfn olundu - VİDEO

617711

Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Mənsimli Rəcəb Miriş oğlu son mənzilə yola salınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Kəlbəcərdə FACİƏ: Əsgər yoldaşını xilas etdi, özü həlak oldu – FOTO


Bizim.Media xəbər verir ki, hərbi qulluqçumuz doğulduğu Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, mərhumun yaxınları və kənd sakinləri iştirak ediblər.

Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ömər aşırımı istiqamətində bölgənin qarlı və buzlu olması səbəbindən iki hərbi qulluqçumuz dərəyə düşüb.

İlkin məlumatlara əsasən, gizir Rəcəb Mənsimli aşırımda yıxılan digər hərbçini xilas etməyə çalışarkən özü dərəyə yıxılaraq həyatını itirib. Hadisə zamanı xəsarət alan digər hərbi qulluqçu — Osmanov İlyas Coşqun oğlu isə dərhal tibb müəssisəsinə təxliyə edilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır. (Mənbə: Operativ Məlumat Mərkəzi)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO