Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Hazırda oxunan: Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

612377

Mayın 10-da Xankəndi şəhərində Şəhərsalma üzrə Dünya Forumu (WUF-13) çərçivəsində festival keçirilib. Festival yerli sakinlər və qonaqlar üçün əsl bayram ab-havası yaradıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, festival çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunub, tanınmış incəsənət xadimlərinin çıxışları böyük maraqla qarşılanıb.
 

Bununla yanaşı, müxtəlif yaş qrupları üçün interaktiv oyunlar, əyləncə də təşkil olunub.Tədbirin əsas məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.


Festival iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil olunduğundan, şəhərdə yaradılan müasir mühitin və aparılan bərpa-quruculuq işlərinin regionun inkişafına mühüm töhfə verdiyindən danışıblar.

Qeyd edək ki, konsertin sonu möhtəşəm atəşfəşanlıqla bitib.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO