30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

Hazırda oxunan: 30 illik transformatora görə evinə köçə bilmir – “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? -VİDEO

611335

Xaçmaz rayonunun Susayqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Şollar kəndində bir ailə həyətində yerləşən köhnə transformator səbəbindən ciddi problemlə üzləşib.

Sözügedən 8 sot həyətyanı torpaq sahəsi İlyas Seyidbalayevin adına rəsmiləşdirilib.

Ailə bu torpağı 2013-cü ildə, üzərində yarımtikili ev olmaqla, 1990-cı illərdə başqa bir vətəndaş tərəfindən əldə edilmiş vəziyyətdə satın alıb. Həmin vaxt transformator da həyətin daxilində yerləşib.

Həyət ərazisində transformatorun mövcudluğu Seyidbalayevlərin həyatını çətinləşdirib. Belə ki, ailə nə yarımçıq tikilini tamamlayaraq evə köçə bilir, nə də həyətə giriş qapısı qoya bilir.

Xüsusilə yay aylarında transformator qığılcım verir. Hətta bu səbəbədən bir neçə dəfə yanğın hadisəsi də baş verib.

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO