Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO

Hazırda oxunan: Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO
610944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
 

Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.


İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.


 

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO - foto 1
Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO - foto 2
Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO - foto 3
Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO-VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO