Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Hazırda oxunan: Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

610413

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky “S-70” helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub.


Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus “Mi-17” helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO