Xəbər verdiyimiz kimi Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb. 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyevin pnevmoniyadan öldüyü qeyd edilmişdi.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, TƏBİB körpənin ölüm səbəbi ilə bağlı açıqlama verib.
Qeyd olunub ki, aprelin 25-i saat 11:00 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub: “Körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib.
Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə Komissiyası tərəfindən araşdırılır”.
Bizim.Media




































































































