Dövlət qurumlarında yaradılan “qaynar xətt”lərin əsas məqsədi vətəndaşların işini asanlaşdırmaq, onların vaxtına qənaət etmək və problemləri məsafədən operativ şəkildə həll etməkdir. Bu xidmətlər, əslində, vətəndaşla qurum arasında körpü rolunu oynamalı, müraciətlərin sürətli və şəffaf şəkildə cavablandırılmasını təmin etməlidir.
Amma real vəziyyət bunun tam əksini göstərir.
İnsanlar vaxt itirir, əsəbləşir və nəticədə yenə quruma getməli olurlar. Yəni insan həm vaxt itirir, həm də bu müddət ərzində pul ödəməli olur.
Belə çıxır ki, qaynar xətt əslində problemi həll etmək yerinə vətəndaşın əsəblərini “qaynatmağa” yönəlib. Yəni ən azından adının haqqını bu cür verir.
“Azərişıq” ASC-nin “qaynar xətti”nə günün istənilən saatında zəng edirsən, eyni səslə qarşılaşırsan: bütün operatorlar məşğuldur, avtomatik cavab sistemi isə səni nəzakətlə növbədə sakitcə gözləməyə məcbur edir. Sıra nömrəsi 20, 23, 25… Bu o deməkdir ki, qarşıda sizi daha ən azı yarım saatlıq vaxt itkisi gözləyir. Mobil telefon istifadəçisi, üstəlik problemi olan vətəndaş yarım saat, bir saat telefonda gözləyə bilməz. Bu, nə praktikdir, nə də abonentə hörmət əlamətidir. Nəticədə vətəndaş ya ümumiyyətlə əlini üzür, ya da məcbur qalıb birbaşa idarəyə üz tutur.
Bu halda sual yaranır: əgər problem yerində daha tez həll olunursa, bu “qaynar xətt” kimə xidmət edir? Əgər bir xidmət daim əlçatmazdırsa, o artıq xidmət sayılmır, sadəcə formallığa çevrilir. “Azərişıq” bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir: ya operator sayını artırmalı, ya da vətəndaşın psixoloji dözümünü riskə atmayan real alternativlər təqdim etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:30 / 27.04.2026
Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO
Hazırda oxunan: Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO
Hazırda oxunan: Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO
609155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































