Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Hazırda oxunan: Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

608968

Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub və yol polisi onu xəstəxanaya çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 

"Qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb", - məlumatda bildirilib:


"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO