Yeni direktor təyinatları ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Yeni direktor təyinatları ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Yeni direktor təyinatları ilə bağlı TƏBİB-dən AÇIQLAMA
608872
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur.

Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.
 

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.


Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO