DİN və DSX birgə əməliyyat keçirdi: Tutulan var - ANBAAN VİDEO

DİN və DSX birgə əməliyyat keçirdi: Tutulan var - ANBAAN VİDEO

Hazırda oxunan: DİN və DSX birgə əməliyyat keçirdi: Tutulan var - ANBAAN VİDEO

608449

Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb.

Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO