Vətən müharibəsində şəhid olan tibb işçilərinin sayı açıqlandı

Vətən müharibəsində şəhid olan tibb işçilərinin sayı açıqlandı

Hazırda oxunan: Vətən müharibəsində şəhid olan tibb işçilərinin sayı açıqlandı
5552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır.

"Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib. Hazırda Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində ən müasir avadanlıqlarla olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir".

"Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO