Cəlilabadda QƏZA: "Qazel" at arabasını vurdu - FOTO/VİDEO

Cəlilabadda QƏZA: "Qazel" at arabasını vurdu - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda QƏZA: "Qazel" at arabasını vurdu - FOTO/VİDEO
232024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində kəndin "Vetrok" deyilən istirahət obyektinin yaxınlığında, kəndin girəcək hissəsində baş verib.
 

Məlumata görə, "Qazel" markalı yük maşını bu ərazidən su götürüb qayıdarkən, qarşıda hərəkət edən at arabasını vurub. Arabada Maşlıq kənd sakinləri - 1997-ci il təvəllüdlü Əliyev Xəyal Kazım oğlu və 2007-ci il təvəllüdlü İbadov Allahverən Ərəstun oğlu olub. Onlar da su götürməkdən gəlirmişlər.


Toqquşma nəticəsində hər iki şəxs hərəkətdə olan arabadan yerə aşmaqla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata əsasən, onlara ilkin tibbi yardım göstərilib və hazırda hər ikisi həkim nəzarətindədir.

Həmçinin hadisə zamanı arabaya qoşulmuş atın iki ayağı sınıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.




Cəlilabadda QƏZA:
Cəlilabadda QƏZA:
Cəlilabadda QƏZA:
Cəlilabadda QƏZA:


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO