Şuşada İsrail ilə vacib sənəd İMZALANDI - FOTO

Şuşada İsrail ilə vacib sənəd İMZALANDI - FOTO

Hazırda oxunan: Şuşada İsrail ilə vacib sənəd İMZALANDI - FOTO
93896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının iclası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinindən (KOBİA) Bizim.Media-ya verilən məlumata görə, tədbirdə İsrail şirkətləri tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində potensial layihələrin icrasına dair təqdimatlar keçirilib, palatanın 2023-cü ildəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

İsraillə əməkdaşlıq imkanlarına gəlincə qeyd edilib ki, İsrailin müvafiq strukturları ilə əlaqələrin gücləndirilməsi, bu ölkənin kiçik və orta müəssisələrinin Azərbaycanda birgə layihələrə dəvət edilməsi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı planlaşdırılır.

İclas çərçivəsində həmçinin, KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO