İlham Əliyev italiyalı həmkarına qonaqpərvərliyə görə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev italiyalı həmkarına qonaqpərvərliyə görə TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: İlham Əliyev italiyalı həmkarına qonaqpərvərliyə görə TƏŞƏKKÜR ETDİ

91596

"Azərbaycan və İtaliya arasında əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Romada italiyalı həmkarı Sercio Mattarella ilə görüşdə bildirib.

İlham Əliyev dəvətə və qonaqpərvərliyə görə İtaliya Prezidentinə minnətdarlığını bildirib.

“Biz keçən dəfə sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, Azərbaycan-İtaliya Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı”, - deyə İlham Əliyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO