Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO
629728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.

Bizim.Media Azərbaycan XİN-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

Onlar siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə dəyişməkdə olan regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO