Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Hazırda oxunan: Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

629648

Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir.

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

"Enerji əməkdaşlığından danışarkən, ilk növbədə, qeyd etmək istərdim ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir və inanırıq ki, şirkətin gələcək üçün böyük planları var”, - deyə Ceyhun Bayramov əlavə edib.
 

Nazir deyib ki, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində, eləcə də nümayəndə heyətləri, həmkarlar arasında yeni dinamika, enerji sahəsində əməkdaşlığın əlavə elementləri barədə çox dinamik və fəal dialoq aparılıb.


C.Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir.

"Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanı da mövcuddur”, - deyə Ceyhun Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO